Xəbərlər

Müddət

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

12 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclası keçirilmişdir. Görüş çərçivəsində ödəniş kartları ilə aparılan əməliyyatlarda tətbiq edilən interçeync xidmət haqları, ölkədaxili “card-to-card” tipli ödəniş əməliyyatları üzrə yaranan mübahisəli halların həlli və digər cari layihələr müzakirə edilmişdir. Əlavə […]

ABA ilə ASA arasında əməkdaşlıq Memorandumu imzalandı

06 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında əməkdaşlıq Memorandumu imzalanmışdır. Azərbaycanda əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırılıb. Yeni əməkdaşlıq platforması bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan […]

“Citibank” nümayəndələri ilə görüş keçirilib

4 oktyabr 2023-cü il tarixində “Citibank”  nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və ABA-nın nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri arasında görüş baş tutub. Görüş zamanı Azərbaycanın bank sektoru ilə “Citibank” arasında müxbir əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə dair müzakirələr aparılıb. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı […]

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

4 oktyabr 2023-cü il tarixində DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub. Tədbirdə DOST Agentliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında Anlaşma memorandumuna əsasən əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi komissiyası ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında müzakirələr aparılıb. Görüşdə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət […]

ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

5 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilib. İclasda vətəndaşların ödənişləri zamanı yaranan problemlərlə bağlı şikayətlərin cari vəziyyəti, onların araşdırması prosesi, qrup üzvlərinin xarici banklarla təcrübə mübadiləsi və digər cari məsələlər müzakirə edilib. Əlavə edək ki, […]

MÜDDƏT