Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intellektual yarışmanın qalibləri məlum olub. 16 noyabr 2023-cü il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib. 15 bankdan 92 əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” ASC komandası olub. Belə ki, “Kapital Bank” ASC və “ABB” ASC komandaları mümkün 36 […]
Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçiriləcək FINTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin spikerləri məlum olmuşdur. Sammit 5-6 dekabr 2023-cü il tarixində, Türkiyənin İstanbul şəhərində, Wyndham Grand Istanbul Levent mehmanxanasında keçiriləcək. Sammitin mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik”dir. Spikerlərin tərkibi […]
Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən “VII Beynəlxalq Bankçılıq Forumu” başa çatmışdır. 2 noyabr 2023-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU – “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” başa çatmışdır. […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev ATV kanalının “İqtisadi Zona” verilişinə müsahibə verib. “Ekspert Qrupu”nun sədri “Krediti kreditlə bağlamaq sərfəlidirmi” sualı ətrafında gedən müzakirədə öz fikirlərini səsləndirib. Həmin müsahibəyə aşağıdakı videodan baxa bilərsiniz.
07 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun “Zoom” platforması üzərindən növbəti onlayn iclası keçirilmişdir. İclasda “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılmışdır. Müzakirə nəticəsində ƏL/TM üzrə daxili audit fəaliyyətinin həyata […]