Xəbərlər

Müddət

“Türkiyə və xarici bankların anti-fraud təcrübəsi, dələduzluq hallarının müzakirəsi, həmçinin bu tip hallarla mübarizə üsulları” mövzusuna dair seminar keçirilib – Foto

29 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), “ABB” ASC-nin təşkilatçılığı və Yapı Kredi Bank Türkiyənin dəstəyi ilə “Türkiyə və xarici bankların anti-fraud təcrübəsi, dələduzluq hallarının müzakirəsi, həmçinin bu tip hallarla mübarizə üsulları” mövzusuna dair seminar keçirilib. Seminar Yapı Kredi Bank Türkiyənin fırıldaqçılıq və sui-istifadə halları ilə mübarizə üzrə direktoru Halis Köseoğlunun iştirakı ilə […]

ABA-nın eksperti Qorxmaz Ağayev İctimai TV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişində qonaq olub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev və ABA-nın Baş iqtisadçısı Əzizağa Haxverdiyev İctimai TV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişində qonaq olublar. Onlar bankların təklif etdiyi kredit faizləri ilə bağlı gedən ictimai müzakirədə iştirak ediblər. Həmin verilişə aşağıdakı videodan baxa bilərsiniz.

ABA-nın Ekspert Qrupları və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri arasında görüş keçirilib – Foto

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”, “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”, “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun bəzi üzvlərinin və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri arasında görüş keçirilib. Görüş çərçivəsində ABA-nın icraçı direktoru Yunus Abdulov və […]

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclasları keçirilmişdir

23-24 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclasları keçirilmişdir. İclaslar çərçivəsində turizm sahəsində rəqəmsal ödənişlərin inkişaf etdirilməsi, POS-terminal infrastrukturundan istifadə effektivliyinin yüksəldilməsi, təsərrüfat subyetlərində Ani Ödənişlər Sistemi üzərindən QR-kod əsasında aparılan ödənişlərdə interçeync xidmət haqlarının tətbiqi və […]

ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır – Foto

Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə 22-24 noyabr 2023-cü il tarixində ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Problemli kreditlərlə bağlı məhkəməyədək və məhkəmə icraatı (iddia müddətləri daxil olmaqla), habelə […]

MÜDDƏT