Xəbərlər

Müddət

Bakıda VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) keçiriləcək

VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) 01-02 noyabr 2023-ci il tarixində, Bakı şəhərində, Mastercard-la əməkdaşlıq çərçivəsində keçiriləcək. Forumun mövzusu: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir. IBF 2023 saytı: https://www.gbmevents.az/en/event/the-seventh-international-banking-forum IBF 2022, 2021 və 2019 tədbirini xatırlayaq: https://www.youtube.com/watch?v=hPicrNdSEsU&t=43s https://www.youtube.com/watch?v=bY2sEjA_tq0&t=40s https://www.youtube.com/watch?v=BpK-TeF22-8&t=683s […]

Taleh Kazımovun bankların rəhbərləri ilə növbəti dəfə görüşü baş tutmuşdur

Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 25-də ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüşmüşdür. Görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələri müzakirə edilmişdir. Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsiri nəzərdən keçirilmişdir. Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində […]

ABA-nın təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Macarıstana səfəri baş tutmuşdur

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun təmsil olunduğu geniş tərkibdə nümayəndə heyətinin təcrübə mübadiləsi məqsədilə Macarıstanın Budapeşt şəhərinə rəsmi səfəri baş tutmuşdur. 18-20 oktyabr tarixlərində baş tutan bu səfərin əsas məqsədi Macarıstan bank sisteminin rəqəmsal transformasiyası və rəqəmsal ödəniş ekosistemi üzrə əldə edilən nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq […]

ABA-nın eksperti Qorxmaz Ağayev “İqtisadi Zona” verilişində qonaq olub – Video

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev ATV TV-də yayımlanan “İqtisadi Zona” verilişində qonaq olub. O, “Zaminlikdən necə imtina etmək olar” sualı altında ictimai mövzunun müzakirəsində iştirak edib. Həmin verilişi təqdim edirik.

ARMB, ABA və “Mastercard Worldwide”ın dəstəyi ilə kiçik və orta sahibkarlar üçün “workshop” keçirilib

12 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB), Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “Mastercard Worldwide” beynəlxalq ödəniş sisteminin dəstəyi ilə kiçik və orta sahibkarlar üçün kibertəhlükəsizlik mövzusunda “workshop” keçirilib. “Workshop” çərçivəsində kibertəhlükəsizliyə baxış, Azərbaycanda kibertəhlükəsizlikdə ümumi təhlükə mənzərəsi, ölkədə müxtəlif sahələr üçün aparıcı təhlükə aktorları, hücum növləri və hədəflənmiş aktivlər, kiçik biznesə […]

MÜDDƏT