6 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyanın Frankfurt şəhərində yerləşən Deutsche Bundesbank-da görüş keçirib. Görüş Almaniya səfəri çərçivəsində təşkil olunan rəsmi proqramın üçüncü hissəsini təşkil edib. Tədbir zamanı Almaniyanın bank sistemində tənzimləyici orqanların fəaliyyəti, maliyyə sabitliyinin qorunması və risklərin idarə edilməsi mexanizmləri barədə təqdimat dinlənilib. Görüş çərçivəsində iki ölkənin bank […]
“Maliyyə Savadlılığı Viktorinası” 13–15 yaş arası məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirilən bilik yarışıdır. Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi, eləcə də ölkədə fəaliyyət göstərən bankların tərəfdaşlığı ilə təşkil olunur. Viktorinanın qalibləri müxtəlif dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar. […]
4 noyabr 2025-ci il, Naxçıvan. — 8 Noyabr Zəfər Gününün 5-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Pircuvar Dövlət Meşəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 3,5 hektar ərazidə 2 200 ədəd ağac əkilib. Artıq […]
4 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyaya işgüzar səfəri çərçivəsində ikinci görüşünü Almaniya Banklar Assosiasiyasında (Bundesverband deutscher Banken – BdB) keçirib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti cənab Zakir Nuriyev və icraçı direktor cənab Yunus Abdulov, eləcə də BdB-nin İcraçı direktoru cənab Heiner Herkenhoff, İcraedici Şuranın üzvü Kolja Gabriel və digər […]
4 noyabr 2025-ci il Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyaya işgüzar səfəri çərçivəsində ilk görüşünü Almaniya Əmanət Bankları və Giro Assosiasiyası (Deutscher Sparkassen- und Giroverband – DSGV) ilə keçirib. Görüş zamanı tərəflər bank sektorunda etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq prinsipləri, həmçinin ödəniş sistemləri və fırıldaqçılığın qarşısının alınması istiqamətində tətbiq olunan qabaqcıl təcrübələr barədə fikir mübadiləsi […]