Xəbərlər

Müddət

Mərkəzi Bank və Banklar Assosiasiyası Naxçıvan Muxtar Republikasında bank-maliyyə sektorunun inkişafı məsələlərini müzakirə etmişlər

Azərbaycan Republikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Naxçıvan Muxtar Respublikasında bank-maliyyə sektorunun inkişafı problemləri, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxışı, bank sektorunun kiçik və orta sahibkarlığa dəstək imkanları, nağdsız ödənişlərin genişlənməsi və digər bu kimi məsələləri müzakirə etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Görüşdə qeyd edilmişdir ki, […]

DVX nümayəndələri və ABA-nın İşçi Qrupu arasında görüş keçirilmişdir

Elektron ticarətdə aparılan rəqəmsal ödənişlər üzrə tətbiq edilən vergilər yenidən baxılması və bu istiqamətdə bank müştəriləri tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında optimallaşdırmanın aparılması məqsədilə Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri və Azərbaycan Banklar Assosiasiyası (ABA) daxilində yaradılmış İşçi Qrupu arasında 21 oktyabr 2021-ci iI tarixində növbəti görüş keçirilmişdir. Görüş zamanı hazırda elektron ticarətdə aparılan ödəniş […]

Beynəlxalq Valyuta Fondu və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilmişdir

Beynəlxalq Valyuta Fondunun (BVF) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı üzrə virtual missiyası çərçivəsində 20 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və onun nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun nümayəndələri ilə görüş keçirilmişdir. Görüş Dünya Bankının missiya rəhbəri Tatyana Alonso Qispertin açılış nitqi ilə başlamışdır. Görüşdə çıxışı zamanı ABA-nın icraçı […]

“Sahibkarların güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir

21 oktyabr 2021-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyasının, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC və müvafiq sahibkarlıq subyektlərinin iştirakı ilə “Sahibkarların güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı maarifləndirilməsi” mövzusunda onlayn görüş keçirilmişdir. Görüş zamanı banklar öz məhsullarını qısa təqdimatlar […]

Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarına dair İCMAL – 21.10.2021

Ötən həftə Türkiyədə və dünyada baş verən kiber cinayət və dələduzluq hallarını qeyd edirik. https://bilgiguvende.com/internette-izinsiz-fotograf-kullanimina-karsi-alinabilecek-onlemler/ https://bilgiguvende.com/birlesik-krallikta-yayimlanan-the-telegraph-gazetesinden-10-tblik-okuyucu-bilgisi-calindi/ https://bilgiguvende.com/siber-radar-sistemleri-bircok-ulkeyi-alarma-gecirebilir/ https://bilgiguvende.com/avrupa-parlamentosu-yuz-tanima-teknolojisine-karsi-baglayici-olmayan-karari-onayladi/ https://bilgiguvende.com/abdde-bir-markaya-ait-insulin-pompalari-siber-guvenlik-zafiyeti-endisesiyle-toplatildi/

MÜDDƏT