14 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində “Rəqəmsal ödənişlərdə fırıldaqçılıq halları”mövzusunda seminar keçirilmişdir. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində bank və fintex ekosisteminin nümayəndələri üçün keçirilən seminarda son fırıldaqçılıq trendləri və onlara qarşı mübarizə tədbirləri açıqlanmışdır. Tədbir zamanı təsərrüfat subyeklərinin kateqoriya kodlarının (MCC […]
13 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə İştirakçı Banklar Birliyi (TKBB) arasında Türkiyə və Azərbaycanda maliyyə sektorunun inkişafına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Sənəd ABA-nın prezidenti Zakir Nuriyev və TKBB İdarə Heyətinin Sədri İlker Sırtkaya tərəfindən imzalanmışdır. Anlaşma Memorandumu üzv təşkilatlar arasında qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə tərəflərin ümumi maraqlarını təşviq etmək […]
13 iyun 2023-cü il tarixində Bakıda “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası baş tutmuşdur. İclasa Türkiyə Banklar Birliyi, İdarə heyətinin sədri Alpaslan Çakar, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov, Türkiyə İştirakçı Banklar Birliyinin sədri İlker Sırtkaya, Qazaxıstan Banklar Birliyinin vitse-prezidenti Marat Baitokov və Şuraya üzv olan Qırğızıstan, […]
Mərkəzi Bankın sədri Taleh Kazımov iyunun 13-də Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fintex Sammitində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Dövlətlərin Banklar Assosiasiyalarının rəhbər şəxsləri ilə görüş keçirmişdir. Görüş zamanı müasir bank və maliyyə ekosisteminin inkişafı, innovativ həllər, rəqəmsal maliyyə texnologiyaları və təhlükəsizlik istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində fikir […]
Əlilliyi olan şəxslərə maliyyə xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən müvafiq tədbirlər görülməkdədir. Belə tədbirlərdən biri də Mərkəzi Bankın tövsiyəsi nəzərə alınmaqla Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə” İşçi Qrupunun yaradılması olmuşdur. Əlilliyi olan şəxslərə keyfiyyətli maliyyə xidmətləri […]