23 May 2023-cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri başlamışdır. Azərbaycanı təmsil edən 41 nəfərlik bu heyət səfərin ilk günündə Center Credit Bank, Halyk Bank və Jusan Bankla […]
2023-cü ilin may ayı ərzində Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən banklarla birgə tərəfdaşlıq şəraitində “All about Banking” devizi altında silsilə təlimlər proqramı həyata keçiriləcək. Təlim proqramında tərəfdaş qismində Azərbaycan Banklar Assosiasiyası, “Kapital Bank” ASC, “Rabitəbank” ASC, “Bank Respublika” ASC və “Yelo […]
13-14 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı baş tutmuşdur. Tədbirdə bankların və digər ABA-ya üzv təşkilatların rəhbər şəxsləri və əməkdaşlarıından ibarət 40-a yaxın nümayəndə iştirak etmişdir. Tədbir çərçivəsində “Liderlik” və “Strateji […]
12 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun novbəti iclası keçirilmişdir. İclasda HR sahəsində yeni trendlər, ən çox istifadə edilən metriklər, avtomatlaşdırılmış və avtomatlaşdırılması planlaşdırılan proseslər, bankların İT sahəsindəki kadr potensialına olan ehtiyacı və digər cari məsələlər müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar […]
11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində yeni yaradılmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun üzvləri və Azərbaycan Fintex Assosiasiyasının fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupunun nümayəndələrinin birgə görüşü keçirilmişdir. Görüş zamanı rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizənin təşkili […]