11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində yeni yaradılmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun üzvləri və Azərbaycan Fintex Assosiasiyasının fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupunun nümayəndələrinin birgə görüşü keçirilmişdir. Görüş zamanı rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizənin təşkili […]
11 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndə heyəti ilə görüşüb. Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, İcraçı direktoru Yunus Abdulov və “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” nun rəhbəri Tamerlan Rüstəmov, IFC-nın proqram rəhbəri Zarina Odinaeva, əməliyyatlar üzrə […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və rəqəmsal ödəniş sənayesində dünya lideri “Visa Inc.” şirkətinin dəstəyi ilə 6-7 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş komanda quruculuğu tədbiri keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri və ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” və “Rəqəmsal ödənişlər üzrə fırıldaqçılıq hallarına qarşı mübarizə […]
13-14 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı baş tutacaqdır. Proqramda bankların və digər ABA-ya üzv təşkilatların rəhbər şəxsləri və əməkdaşlarının iştirakı nəzərdə tutulur. Təlim proqramı çərçivəsində liderlik və strateji […]
5 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və […]