3 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu” və ABŞ-nin “WTW” şirkətinin Türkiyə ofisinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşdə insan resursları sahəsində bazar tendensiyalarını öyrənmək üçün sorğuların keçirilməsi, bu istiqamətdə təlimlərin təşkili və digər məsələlərin müzakirəsi aparılmışdır. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları […]
4 may 2023-cü il tarixində DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı Azərbaycan Banklar Assosiasiyası tərəfindən yaradılmış “Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi” işçi qrupunun üzvləri də iştirak edib. DOST Agentliyinin […]
4 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər şəxsləri arasında görüş keçirilmişdir. Görüş zamanı tikinti sektorunun maliyyələşdirilməsi mexanizminin daha da təkmilləşdirilməsi, bu sahədə potensial imkanların araşdırılması və assosiasiyalar arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, ABA […]
19 aprel 2023-cü il tarixində Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Raiffeisen Bank International AG”nin (Avstriya, Vyana) birgə təşkilatçılığı çərçivəsində “Biznes Trendlər, Həllər və Komplayns Yeniləmə” (Business Trends & Solutions and Compliance Update) adlı tədbir keçirilmişdir. Azərbaycan Bank icmasından 80-dan artıq nümayəndənin iştirak etdiyi tədbirdə ticarətin maliyyələşdirilməsi ilə əlaqədar işlərin təşkili, ödəniş sisteminin gələcəyi, ikili […]
20 aprel 2023-cü il tarixində Macarıstanın Budapeşt şəhərində illik təşkil edilən sayca 45-ci BACEE Bankçılıq Konfransı keçirilmişdir. Bank sektoru ilə bağlı gündəm mövzuların müzakirə olunduğu konfransda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov da iştirak etmişdir. Konfransda Macarıstanın bank sektoru ilə bağlı mövcud vəziyyət, qlobal bank sektorundakı qeyri-müəyyənliklərin Mərkəzi və Şərqi Avropa, Cənubi-Şərqi Avropa ölkələrinə […]