15 oktyabr 2025-ci il tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri ilə görüş keçirilib. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində keçirilən növbəti görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu Banklararası Kart Mərkəzində avtorizasiya sorğuları, klirinq/hesablaşma üzrə tətbiq edilməsi təklif edilən xidmət haqları, habelə QR kodla aparılan ödəniş əməliyyatları üzrə tətbiq ediləcək […]
14 oktyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, ABA-nın Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı banklar arasında agent bankçılıq sahəsində əməkdaşlıq imkanları və bu istiqamətdə aparılmış sorğunun nəticələri, habelə ölkəmizdə agent bankçılığın […]
13 oktyabr 2025-ci il tarixində, Azərbaycan Banklar Assosiasiyası (ABA)-nın nəzdində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun onlayn formatda görüşü təşkil olunub. Görüş zamanı Ekspert Qrupunun gələcək fəaliyyət planı, maliyyə-vergi sahəsində məsələlər müzakirə olunub. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, […]
8 oktyabr 2025-ci il tarixində Türkiyə İştirakçı Banklar Birliyi (Türkiye Katılım Bankaları Birliği – TKBB) nümayəndələrinin Bakıya səfəri çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə görüş keçirilmişdir. Görüşdə Türkiyə İştirakçı Banklar Birliyinin (TKBB) baş katibi Fatma Eser Çınar, hüquq üzrə müşaviri Furkan Yalçın, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, eləcə də […]
Azərbaycan Banklar Assosiasiyasının aparıcı iqtisadçısı Vüsal Həsənov 2025-ci ilin I yarımilində bank sektorunda dayanıqlı maliyyələşdirmə üzrə ilkin nəticələri açıqlayıb. Vüsal Həsənov bildirib ki, banklar tərəfindən ümumilikdə 12 756 ədəd yaşıl kredit verilib və bu kreditlərin ümumi həcmi 289,9 milyon manat təşkil edib. Ən böyük pay dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura sahəsinə düşür; burada 12 […]