Xəbərlər

Müddət

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

26 sentyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun iclası baş tutub. İclasda “Daxili audit haqqında” Qanuna dəyişikliklərin edilməsi imkanları və “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”ndan irəli gələn tələblər müzakirə olunub. Tədbirdə iştirakçılar mövzular ilə bağlı fikir mübadiləsi apararaq sualları cavablandırıblar. Toplantıda, həmçinin daxili audit […]

“Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

25 sentyabr 2025-ci il tarixində, ABA-nın nəzdində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun onlayn formatda görüşü təşkil olunub. Görüş zamanı Ekspert Qrupunun gələcək fəaliyyət planı, maliyyə-vergi sahəsində görülməli işlər və digər cari məsələlər müzakirə olunub Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların […]

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi “Bilik səfəri” layihəsinin tərəfdaşı kimi çıxış edir

18 sentyabr 2025-ci il tarixində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi ölkənin regional inkişafına dəstək məqsədilə həyata keçirilən “Bilik səfəri” layihəsinin tərəfdaşı qismində çıxış edib və layihənin Gəncədə baş tutan açılış mərasimində iştirak edib. Açılış mərasimində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin biznesin inkişafı meneceri Nəriman İmranov da iştirak edərək, Mərkəzin təşəbbüsə verdiyi dəstəyin əhəmiyyətini […]

Azərbaycan Banklar Assosiasiyası nəzdində Komplayens Ekspert Qrupunun iclası keçirilib

Bakı, 16 sentyabr 2025-ci il – Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən Komplayens Ekspert Qrupunun növbəti iclası baş tutub. Görüşdə bank sektorunda aktuallıq kəsb edən bir sıra məsələlər geniş şəkildə müzakirə edilib. İclasın gündəliyində hüquqi şəxslərin imza səlahiyyətli şəxslərinə dair məsələlər, müştərinin uçot-təhlil (MUT) qaydaları, yeni hesabatlılıqlar (o cümlədən Elektron Ticarət Reyestri – ETR), […]

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 sentyabr 2025-ci il, Bakı – Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, üzv bankların informasiya təhlükəsizliyi üzrə rəhbər şəxsləri və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) nümayəndələrinin iştirakı ilə əməkdaşlıq görüşü keçirilib. Görüşdə kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar, AKM-in fəaliyyəti və infrastruktur imkanları, eləcə də əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir zamanı ABA üzvləri üçün bir sıra […]

MÜDDƏT