4 dekabr 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan”-ın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub. Görüşdə Ekspert Qrupunun üzvlərilə yanaşı Azərbaycan Respublikası Mərkəzi Bankının və İcbari Sığorta Bürosunun nüməyəndələri iştirak ediblər. İclas zamanı Hökümət Ödəniş Portalı vasitəsilə icbari sığorta ödənişlərinə […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” çempionatının qalibləri məlum olub. 27 noyabr 2019-cu il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib. 12 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi çempionatın qalibi “Kapital Bank” komandası olub. Belə ki, “Kapital Bank” və “Bank of Baku” komandaları mümkün 36 sualdan 30-na cavab […]
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələr dərhal Ədliyyə Nazirliyində müzakirə olunaraq zəruri tədbirlər görülüb, o cümlədən ötən ay bankların məsul təmsilçiləri ilə dəyirmi masa keçirilib. Bankların hüquqlarının məhkəmə müdafiəsinin və icra işinin yaxşılaşdırılması, bu sahədə qarşıya çıxan problemlərin operativ həlli məqsədilə birgə işçi qrupları yaradılaraq qısa müddətdə səmərəli fəaliyyət göstərib. […]
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın birillik fəaliyyətinə və 2020-ci ildə planlaşdırılan tədbirlərinə dair iclas keçirilib. Tədbirdə KOBİA-nın nümayəndələri, Agentlik yanında İctimai Şuraya daxil olan 15 qeyri-hökumət təşkilatı və assosiasiya rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iclasın məqsədinin İctimai Şuranın 1 illik fəaliyyətinə […]
Bu il 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və səbirsizliklə gözlənilən sərgilərindən biri – Azərbaycan Beynəlxalq “Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar” bakutel 2019 sərgisi öz 25 illik yubileyini təntənəli şəkildə qeyd edir. Bu əlamətdar hadisə ilə əlaqədar bakutel sərgisi tədbirin həm innovativliyini, həm də dinamikliyini əks etdirən yeni korporativ imic ilə ziyarətçilərə təqdim olunacaq. […]