“Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub

Əlavə edilib:

4 dekabr 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan”-ın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub. Görüşdə  Ekspert Qrupunun üzvlərilə yanaşı Azərbaycan Respublikası Mərkəzi Bankının və İcbari Sığorta Bürosunun nüməyəndələri iştirak ediblər.

İclas zamanı Hökümət Ödəniş Portalı vasitəsilə icbari sığorta ödənişlərinə tətbiq edilən tariflərə yenidən baxılıb və rəqəmsal ödənişlərin stimullaşdırılması istiqamətində ödəniş xidmətləri üzrə tariflərin optimallaşdırılması məsələsi müzakirə olunub.

İclasın sonunda Hökümət Ödəniş Portalı vasitəsilə edilən icbari sığorta ödənişlərinə ortaq tarifin müəyyənləşdirilməsi və banklar tərəfindən rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə optimal tarif təkliflərinin hazırlanması qərara alınıb.

MÜDDƏT