Xəbərlər

Müddət

AMB “Ani ödənişlər sistemi”nin yaradılmasına start verib

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir. BBN.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər […]

ABA rəhbərliyi İtaliya səfiri ilə görüşüb

31 yanvar 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcra Aparatının nümayəndələri İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Augusto Massari ilə görüşüb. ABA-da keçirilən görüşdə Assosiasiyanın əsas fəaliyyət istiqamətləri, Azərbaycan bank sektorunun cari vəziyyəti, Azərbaycan və İtaliyanın bank və maliyyə sektorları arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması, o cümlədən iki ölkənin […]

Zakir Nuriyev bank sektorunda həyata keçirilən sağlamlaşdırma tədbirləri haqqında danışıb

Azərbaycan Banklar Assosiasiyanın (ABA) prezidenti Zakir Nuriyev və Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini Asim Zülfüqarov İctimai TV-də yayımlanan “İqtisadiyyat” verlişində çıxış ediblər. Zakir Nuriyev və Asim Zülfüqarov verlişdə bank sektorunda həyata keçirilən sağlamlaşdırma tədbirləri haqqında danışıblar. “İqtisadiyyat” verlişinin videoyazısını sizə təqdim edirik:

“Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub

2018-ci il 31 yanvar tarixində  Azərbaycan Banklar Assosiasiyasında “Bakı yanaşması” adlı sənədin müzakirəsi ilə əlaqədar  iclas keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank , Vergilər Nazirliyi,  Ədliyyə Nazirliyi və kommersiya banklarının nümayəndələri iştirak ediblər. BBN.az xəbər verir ki, tədbirdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması  məsələləri müzakirə olunub. Bankların […]

Valyuta rejimi ilə bağlı məsələlər müzakirə olunub

30 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tətbiqi ilə əlaqədar yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.  Tədbirdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Apelyasiya […]

MÜDDƏT