Xəbərlər

Müddət

“Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib

12 mart tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas zamanı bank qarantiyalarının uçotunun aparılması, qarantiya üzrə benefisiar qarşısında öhdəliklərin icra olunması qaydaları, qarantiyalara xitam verilməsi, tələblərin ödənilməsi prosedurları, vergi şərtləri və digər bir sıra məsələlər müzakirə edilib. Əsas müzakirə mövzularından biri respublikadaxili tender qarantiyalarının müddətindən əvvəl […]

Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər. Baş Nazir Əli Əsədov son günlər dünya bazarında neftin […]

Mərkəzi Bankda həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, həmçinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda makroiqtisadi tənzimləmə institutları, eləcə də maliyyə-bank sektorunun qarşısında qoyduğu mühüm tapşırıqların, o cümlədən real sektorun kreditləşməsinin aktivləşdirilməsi, xüsusən rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının […]

“Daxili Audit” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

6 mart 2020-ci il tarixində “Rabitəbank ASC”-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun növbəti iclası keçirilib. Tədbir Ekspert Qrupunun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlayıb. Daha sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Daxili Audit departamentinin baş auditoru Ramil Hacıbalayev, department direktorunun müavini Fərid Orucov və Daxili Auditorlar İnstitutunun […]

MÜDDƏT