8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Qadınlar texnologiyada” adlı tədbir keçirilib. 2017-ci ildən etibarən keçirilən tədbir bu il də maraqlı olması ilə yadda qalıb. Tədbiri giriş sözü ilə açan ABA-nın İcraçı direktoru Yunus Abdulov tədbir iştirakçılarını təbrik edib və qadınlar bank sektorundakı rolundan danışıb. Daha sonra tədbirin spikerlərinə söz […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələrinin “Kapital Bank” ASC-nin ofisində təşkil olunan görüşündə özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub. ABA-nın prezidenti Zakir Nuriyev və Mərkəzi Bankın sədrinin müşaviri Əliyar Məmmədyarov həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri […]
Cari ilin 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” keçirilib. Tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, […]
Azərbaycan Respublikasının Mərkəzi Bankı Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 mart tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyaya start verir. İki tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, […]
Bu məqsədlə yaradılan “İxracatçı” biznes krediti yerli məhsulların ixracı və “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması məqsədi daşıyır. Qeyd edək ki, “İxracatçı” krediti KOB-lara 36 ayadək ABŞ dolları üzrə 4,9 faiz, Azərbaycan manatı üzrə isə 13,9 faizlə verilir.