Xəbərlər

Müddət

ABA-nın Ekspert Qrupunun növbəti görüşü baş tutub

27 iyul 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu üzvlərinin görüşü baş tutub. Görüşdə MCC (Merchant Category Code) kodların siyahısının yenilənməsi məsələsinə baxılıb. Xatırladaq ki, ABA ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən bu kodların siyahısı rüblük olaraq yenilənib Nazirliyə göndərilməlidir.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair rəy və təkliflərə baxılıb

25 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair üzvlərin rəy və təkliflərinə baxılıb. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və  ABA-ya üzv təşkilatların nümayəndələri,  ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov və “ÇPY […]

Bank menecerləri “Xəzərin sahilində” görüşüblər

22 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən üzv təşkilatların əməkdaşlarının motivasiyasını yüksəltmək və fəaliyyətinin effektivliyini təmin etmək məqsədilə “Xəzərin sahilində” adlı tədbir həyata keçirilmişdir. “Andrew’s Ties”, “Ballı” və “Resm” şirkətlərinin partnyorluğu ilə “Bilgah Beach Hotel”də  həyata keçirilən tədbirdə ABA-ya üzv təşkilatların və sıx əməkdaşlıq etdiyi əlaqədar qurumların orta və yuxarı menecmentindən olan 130-a yaxın iştirakçı üçün  “İş […]

Vergilər Nazirliyinin və bankların nümayəndələri arasında görüş keçirilib

20 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan digər bankların nümayəndələri üçün Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri arasında görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Qanunlarının tətbiqi, yeni vergi bəyannamələri […]

“Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilib

20 iyul 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək “Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilmişdir. İclasda Azərbaycan Banklar Assossiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov, Mərkəzi Bankın Ödəniş Sistemlərinin İnkişaf Siyasətinin Hazırlanması Şöbəsinin rəhbəri Ramil Mahmudov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş Sistemlərinə Nəzarət Sektorunun rəhbəri Tamerlan Rüstəmov, […]

MÜDDƏT