Xəbərlər

Müddət

Banklararası Breyn Ring Çempionatın qalibi məlum olub – SIRALAMA

Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tədbirlərini davam etdirir. Bu istiqamətdə 28 oktyabr 2016-cı il tarixində ABA tərəfindən ilk Banklararası “Breyn Ring” Çempionatı keçirilib. 16 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi Çempionatın qalibi “Bank of Baku” olub. II yeri isə “Bank VTB” komandası tutub. “Dəmirbank” isə ilk üçlüyü tamamlayıb. Qaliblər ABA-nın prezidenti Zakir Nuriyev tərəfindən mükafatlandırılıb.   […]

ABA tərəfindən Banklararası “Breyn Ring” yarışı keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tdbirlrini davam etdirir. Bu istiqamətdə 28 oktyabr 2016-cı il tarixində ABA tərəfindən ilk Banklararası “Breyn Ring” Çempionatı keçiriləcək. Yarış üçün artıq banklara müraciət olunub və komandalar qeydiyyata alınır. 3 mərhələdən ibarət olacaq Çempionatda ilk 3 yerin sahibi olan komandalar mükafatlandırılacaq.

Banklarda heyətin motivasiyası məsələləri müzakirə edilib

14 oktyabr 2016 –cı il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Tədris Strategiyaları, Maliyyə Savadlığı və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun növbəti iclası baş tutub. Görüş zamanı heyətin motivasiyası və optimallaşdırılması ətrafında olan məsələlər müzakirə edilib.

Banklar yeni qanun layihəsinə olan təkliflərini ABA-ya göndərəcəklər

13 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsi ilə bağlı ABA, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və bankların hüquq departmentlərinin rəhbərləri və əməkdaşları arasında görüş keçirilmişdir. Görüşdə qanun layihəsinin ilkin versiyası müzakirə edilmiş və iştirakçılar tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür. Həmçinin görüşdə yeni qanun layihəsinin qəbulu zamanı zəruri olaraq digər normativ […]

“ABA”nın qanunvericiliyə olan təklifləri müzakirə edilib

4 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının  (ABA) “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda “İcra haqqında“ Qanuna əlavə və dəyişiklik üçün ABA tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməsi nəzərdə tutulan təkliflər müzakirə edilib. Eyni zamanda, banklardakı girovların realizasiyası mexanizmləri, məhkəmə qərarlarının icrası, hərraclar və digər əlaqədar məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

MÜDDƏT