Xəbərlər

Müddət

ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun Budapeşt-Vyana səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 21-23 may 2025-ci il tarixində ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Budapeşt-Vyana şəhərlərinə səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti OTP Bank, Unicredit, Vakif Bank International AG kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış […]

Müştəri münasibətləri və şikayətlərin idarə edilməsi üzrə Macarıstan səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-20 may 2025-ci il tarixində Müştəri münasibətləri və şikayətlərin idarə edilməsi  mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Macarsıtan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti Erste Bank Hungary Plc, MHB Bank, Raiffeisen Bank və K&H Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri […]

Bakıda FINTEX SUMMIT 2025 – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ keçiriləcək

Böyük məmnuniyyətlə bildiririk ki, səbirsizliklə gözlənilən FINTEX SUMMIT BAKU 2025 (FINTEX – Maliyyə və Texnologiyalar Sərgisi) bu il 24-25 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq. Tədbir “Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusu ətrafında formalaşacaq. FINTEX tədbirinə qısa baxış: FINTEX 2024 BAKI FINTEX 2023 İSTANBUL FINTEX 2023 BAKI […]

Azərbaycan Qiymətləndiricilər Palatası və Azərbaycan Banklar Assosiasiyası arasında növbəti əməkdaşlıq görüşü keçirilib

22 may 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Palatası ilə Azərbaycan Banklar Assosiasiyası arasında qiymətləndirmə fəaliyyəti üzrə əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutmuşdur. Görüş zamanı qiymətləndirmə fəaliyyəti çərçivəsində bank sektoru ilə qarşılıqlı əməkdaşlıqda müşahidə olunan mövcud çətinliklər və onların aradan qaldırılması üçün atıla biləcək addımlar nəzərdən keçirilmişdir. Palata və Assosiasiya tərəfindən qiymətləndirmə sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi […]

Maliyyə sektorunun assosiasiyaları ilə Mərkəzi Bankda görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyinin və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələrinin iştirakı ilə Mərkəzi Bankda görüş təşkil olunub. Görüş çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan edilmiş “İnsan hüquqları aylığı” kampaniyası çərçivəsində maliyyə sektoru üzrə nəzərdə tutulan birgə tədbirlər müzakirə olunub. […]

MÜDDƏT