Xəbərlər

Müddət

VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU BAŞA ÇATDI

Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən “VII Beynəlxalq Bankçılıq Forumu” başa çatmışdır. 2 noyabr 2023-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU – “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” başa çatmışdır. […]

ABA-nın eksperti Qorxmaz Ağayev ATV-də yayımlanan “İqtisadi Zona” verilişinə müsahibə verib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev ATV kanalının “İqtisadi Zona” verilişinə müsahibə verib. “Ekspert Qrupu”nun sədri “Krediti kreditlə bağlamaq sərfəlidirmi” sualı ətrafında gedən müzakirədə öz fikirlərini səsləndirib. Həmin müsahibəyə aşağıdakı videodan baxa bilərsiniz.

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

07 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun “Zoom” platforması üzərindən növbəti onlayn iclası keçirilmişdir. İclasda “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılmışdır. Müzakirə nəticəsində ƏL/TM üzrə daxili audit fəaliyyətinin həyata […]

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

06 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilib. Ekspert qrupunun üzvləri arasında ölkədə rəqəmsal ödənişlərin inkişaf və əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Nağdsız hesablaşmalar haqqında Qanun”a ediləcək dəyişikliklərlə bağlı yeni təkliflər müzakirə edilib. Əlavə edək ki, Azərbaycan […]

ABA və BVF-nin nümayəndə heyəti arasında görüş keçirilib

06 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun üzvləri və Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib. BVF tərəfdən Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində iqtisadçı Gustavo Ramirez, Safari Kasiyato və Jiri Jonas iştirak edib. Görüş çərçivəsində bank sektorundakı son yeniliklər, çağırışlar və […]

MÜDDƏT