15 dekabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun üzvləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Hüquq və İcraat Departamentinin nümayəndələri ilə görüşmüşdür. İclasda məhkəmə qərarlarının icrası mexanizminin və hərrac prosedurlarının sadələşdirilməsi, hərrac qaydalarının təkmilləşdirilməsi, nəticədə girov əmlakının bütün tərəflərin maraqları qorunaraq realizasiyası ilə əlaqədar veriləcək təkliflər müzakirə edilmiş, bu sahədə beynəlxalq […]
7 dekabr 2016-cı ildə Azərbaycan Banklar Assosiasiyasının “İpoteka krediti proqramının inkişafı üzrə Ekspert Qrupu”nun iclası keçirilib. İclasda qrup üzvlərindən əlavə İpoteka Fondunun digər müvəkkil banklarının nümayəndələri də iştirak ediblər. Tədbir də ipoteka kreditləşməsi zamanı bankların və müştərilərin qarşılaşdıqları problemlər haqqında müzakirələr aparılıb. Gündəmdə olan əsas məsələ sökülməsi planlaşdırılan və ipoteka üzrə girovda olan evlərin taleyi […]
Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) təşəbbüsü ilə “Azərbaycanda Ev Təsərrüfatlarının Borcluluğu ilə bağlı ikinci Sorğu” təşkil edilmişdir. Bu sorğunun nəticələrinin açıqlanması üçün Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. İclasda Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və risk üzrə Ekspert Qrupu”nun üzvləri də iştirak edib. […]
24-25 noyabr 2016-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adı altında ilk Bankçılıq Forumu keçirilmişdir. Forumda maliyyə-iqtisad sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər də […]