Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndəsi Elman Sadıqov və “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev ATV Xəbərə müsahibə veriblər. Elman Sadıqov banklarda kredit faizlərinin aşağı olması, Qorxmaz Ağayev isə kredit müqavilələrinin sadələşdirilməsi ilə bağlı danışıb.
28 fevral 2018-cı il tarixində “Amrahbank” və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə növbəti təlim keçirilib. Növbəti təlim layihəsinə Odlar Yurdu Universitetinin tələbələri cəlb olunub. Təlimlər “Amrahbank”ın baş ofisində həyata keçirilib. “Banklarda kredit işi” mövzusunda keçirilən təlim tələbələri maraqlandıran suallarla başa çatıb. Sonda, bütün tələbələrə iştirak sertifikatı […]
23 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında ABA-nın nəzdində fəaliyyət gösətərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov və qrupa üzv olan digər bankların nümayəndələri iştirak edib. İclasda ödəniş kartı infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində cari vəziyyət və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, həmçinin […]
Xocalı soyqırımı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri olub. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 […]
22 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin 2018-ci il üzrə ilk iclası keçirilib. İclasda ABA-nın 2018-ci ildəki fəaliyyət istiqamətləri, maliyyə texnologiyaları konfransının keçirilməsi, maliyyə-bank sərgisinin təşkil edilməsi müzakirə olunub. Sonda cari məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi […]