Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyası və AFBİA arasında görüş keçirilib

22 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov arasında görüş keçirilib. Görüşün əsas müzakirə mövzuları Assosiasiyalar arasında maliyyə bazarının inkişafı istiqamətində birgə görülə biləcək işlər sahəsində əməkdaşlıq, birgə konfrans və sərgilərin keçirilməsi olub. Həmçinin, maliyyə-bank sərgisinin keçirilməsi ilə əlaqədar digər maraqlı […]

“Amrahbank” ABA ilə birlikdə “Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinə start verib

21 fevral 2018-cı il tarixində “Amrahbank” ASC və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə təlimlərə başlanılıb. Maliyyə mövzuları üzrə təlimlər Azərbaycanın bütün universitetlərinin tələbələri üçün nəzərdə tutulub. İlkin olaraq təlim layihəsinə Azərbaycan Kooperasiya Universitetinin tələbələri cəlb olunub. Təlimlər “Amrahbank”ın baş ofisində həyata keçirilib. Təlimdə iştirak edən 15 iştirakçı […]

Vergilər Nazirliyi və ABA-ya üzv bankların nümayəndələri arasında görüş keçirilib

20 fevral 2018-ci il tarixində Vergilər Nazirliyi və ABA-ya üzv bankların nümayəndələri arasında görüş keçirilib. Görüşdə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin İnformasiya təchizatı və elektron ticarətə nəzarət şöbəsinin rəhbəri Elnur Qəhrəmanov, ABA-nın “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov və üzv bankların nümayəndələri iştirak ediblər. ABA-da […]

Azərbaycanda ilk özəl kredit bürosunun fəaliyyəti ilə əlaqədar müzakirə aparılıb- VİDEO

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, Azərbaycan Kredit Bürosunun (AKB) rəhbəri Elçin Həbibov və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Çaparlı İTV-nin “Diqqət Mərkəzi” verilişində Azərbaycanda ilk özəl kredit bürosunun fəaliyyəti ilə əlaqədar müzakirə aparıblar. “Diqqət Mərkəzi” verlişinin videoyazısını sizə təqdim edirik:

MBNP və ABA-nın Ekspert Qrupu arasında görüş keçirilib

20 fevral 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun görüşü keçirilib. Görüşdə Palatanın və Ekspert Qrupuna üzv olan bankların nümayəndələri iştirak ediblər. Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən görüşdə “Tələbin güzəşti” ilə əlaqədar məsələlər müzakirə edilib. Xatırladaq ki, Mülki Məcəllənin […]

MÜDDƏT