Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyasının bəyanatı

27 sentyabr 2023-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmiz öz suverenliyini bərpa etmişdir. Tariximizin bu şanlı günlərində Azərbaycan bank ictimaiyyəti, hər zaman olduğu kimi, ordumuzun və dövlətimizin yanında olmaqdan […]

Bank hesablarının açılması sahəsində yeni mexanizmin tətbiqi məqsədilə müzakirələr aparılıb

Bank hesablarının açılması sahəsində yeni mexanizmin tətbiqi məqsədilə Dövlət Vergi Xidməti (DVX) ilə bütün bankların nümayəndələrindən yaradılmış İşçi Qrup arasında işgüzar qaydada müzakirələr həyata keçirilir, yaranmış suallara DVX tərəfindən baxılaraq müvafiq dəstək göstərilir. 1 oktyabr 2023-cü il tarixindən bank hesablarının açılması sahəsində tətbiq ediləcək yeni mexanizm ilə bağlı DVX tərəfindən proqram təminatının, məlumatların bank idarələrinə […]

ABA-nın ekspert qrupu üzvləri ilə Dünya Bankının ekspertləri arasında görüş baş tutub

25-29 sentyabr tarixlərində Dünya Bankının ekspertləri Maliyyə Sektorunun Modernizasiyası Layihəsi (FSMP3) çərçivəsində Bakıda səfərdə olacaqlar. Səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ofisində görüş baş tutmuşdur. Görüşdə ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri və Dünya Bankının ekspertləri – Matei Dohotaru, Joaquin Gutierrez və Haocong Ren iştirak etmişdir. Görüş zamanı bankların […]

ABA və Dövlət Komitəsi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının (AR) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Sən Tək Deyilsən” Şəhid xanımlarının təhsilinə dəstək layihəsi çərçivəsində 21 sentyabr 2023-cü il tarixində, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu ABA-nın prezidenti Zakir Nuriyev və Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb. Həmçinin tədbir çərçivəsində, Azərbaycan Respublikasının […]

ABA nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

22 sentyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilib. İclasda 01 oktyabr 2023-cü il tarixində qüvvəyə minəcək Azərbaycan Respublikası Mülki Məcəlləsinə yazılı əqd, borc və kredit münasibətlərinin tənzimlənməsi sahəsində edilmiş mühüm dəyişikliklər və digər cari məsələlər müzakirə edilib. Əlavə edək […]

MÜDDƏT