Xəbərlər

Müddət

ABA, AMB, MMX və DVX nümayəndələri arasında görüş keçirilmişdir

24 fevral 2025 – ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) və Dövlət Vergi Xidmətinin (DVX) rəhbər  nümayəndələrinin iştirakı ilə Fatca/CRS tələbləri ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə həmçinin ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayens üzrə Ekspert Qrupu”nun üzvləri də iştirak etmişdir. Görüş zamanı ABA Komplayens […]

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

21 fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2025-ci il üzrə iş planının, cari ildə ABA-nın yaranmasının 35 illik […]

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq üzrə üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 11-12 fevral 2025-ci il ABA-nın “ESİ və Dayanıqlı bankçılıq üzrə üzrə Ekspert Qrupu”nun  üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Dayaqnıqlı maliyyələşdirmənin artırılması yolları və maliyyə səfərbərliyi kanalları; Korporativ səviyyədə […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

13 Fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn  iclası keçirilib. Görüşdə requlyativ tələblərdən irəli gələrək informasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin daxili audit funksiyası tərəfindən qiymətləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi məqsədi ilə xarici banklarla təcrübə mübadiləsi proqramının təşkili və illik əsasda audit olunmalı sahələr haqqında fikir […]

Azərbaycan Maliyyə Forumu 2025 keçirilir

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə və Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fintex Assosiasiyası (AzFina) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBIA) təşkilatçılığı ilə “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirilir. Forum iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, […]

MÜDDƏT