Xəbərlər

Müddət

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvləri üçün biznes səhər yeməyi tədbiri təşkil edilib

30 yanvar 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Open business software solutions”(OBSS) təşkilatı ilə birgə ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvləri üçün biznes səhər yeməyi tədbiri təşkil olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyası bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yerli […]

“Fırıldaqçılığa qarşı mübarizə və kibertəhlükəsizlik” mövzusunda tədbir keçirilmişdir

28 yanvar 2025-ci il tarixində, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində Group-IB tərəfindən “fırıldaqçılığa qarşı mübarizə və kibertəhlükəsizlik” mövzusunda tədbir keçirilmişdir. ABA-nın nəzdində fəaliyyət göstərən “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə” ekspert qrupu üzvlərinin də iştirakı ilə baş tutan tədbirdə Group-IB şirkətinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə meneceri Vladimir Kharchenko şirkətin […]

“Tech Solutions for ESG Performance of Banks” mövzusunda vebinar keçirilib

31 yanvar 2025-ci il tarixində “Clarity AI” şirkətinin dəstəyi və ABA-ya üzv bankların nümayəndələrinin iştirakı ilə “Tech Solutions for ESG Performance of Banks” mövzusunda vebinar keçirilmişdir. Görüşdə iştirakçıların ESG çərçivələri, beynəlxalq hesabat standartları, karbon izinin ölçülməsi, həmçinin ESG məlumatlarının təhlili və idarə edilməsi sahəsindəki praktiki təcrübələri barədə fikir mübadiləsi aparılmışdır. Əlavə edək ki, 2017-ci ildə […]

AMB sədri 2025-ci ilin sektorlar üzrə ilk görüşünü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə keçirdi

2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutdu. BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) rəhbəri Taleh Kazımov şəxsi X səhifəsində paylaşım edib. “Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari […]

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb. Beləliklə də, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək işçi qrupları istehlakçı hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılmasına, pozulmuş hüquqların bərpa edilməsinə, o cümlədən mübahisələrin operativ və effektiv surətdə həll […]

MÜDDƏT