2-3 sentyabr 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA), ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və CRDF Qlobalın ABŞ Dövlət Departamentinin Təhlükələrin Birgə Azaldılması Bürosu ilə birgə əməkdaşlığı çərçivəsində ABA üzvləri üçün təlim keçirilmişdir. İki günlük təlim “Azərbaycanda sanksiya rejiminə uyğunluğun və maliyyə sektoru təcrübələrinin gücləndirilməsi” mövzusuna həsr edilmişdir. Azərbaycanın 17 bankından və dövlət tənzimləyici qurumlardan 80-dən […]
6 sentyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) üzvləri arasında onlayn görüş keçirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) birgə istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin tətbiqi üzrə layihə həyata keçirir. “PAŞA Həyat Sığorta” ASC-nin İdarə […]
06 sentyabr 2024-cü il tarixində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə “Təchizat zəncirinin maliyyələşdirilməsi: platformanın yaradılmasında vacib məqamlar” mövzusunda təqdimat keçirilmişdir. ABA-nın dəstəyi ilə keçirilmiş təqdimatda təchizat zəncirinin maliyyələşdirilməsi üzrə platforma üçün modellər, maliyyə məhsulları, platformanın yaradılması, habelə maliyyə modelləri barədə təqdimat nümayiş edilmiş və bu istiqamətdə fikir mübadiləsi […]
06 sentyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilmişdir. Görüşdə ödəniş kartları ilə aparılan əməliyyatlarda təsərrüfat subyektlərinin ticarət kodlarının (MCC kodlar) müəyyən edilməsi və bu sahədə beynəlxalq ödəniş sistemlərinin təcrübəsinin əsas götürülməsi müzakirə edilmişdir. Görüş zamanı, həmçinin, ödəniş kartları ilə əməliyyatlarda, xüsusən də […]
30 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə maliyyə institutlarında gender maliyyəsinin təşviq edilməsi məqsədilə ABA-ya üzv banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri ilə onlayn formatda görüş keçirilib. Görüşdə beynəlxalq təcrübəli ekspert tərəfindən gender maliyyəsinin əhəmiyyəti və maliyyə institutları tərəfindən bu istiqamətdə yeni məhsulların yaradılmasının […]