26 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Banklar Assosiasiyasına üzv bankların rəhbər şəxsləri ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndələri arasında görüş keçirilmişdir. Görüş zamanı, bank-maliyyə xidmətlərindən sui-istifadə etməklə qanun pozuntularının törədilməsi və bu əməllərin qanunvericilik çərçivəsində qarşısının alınması istiqamətində əməkdaşlığın […]
27 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu” üzrə yaradılmış işçi qrupun görüşü keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) mövcud normativ qaydalarına dair, daxili audit funksiyası ilə bağlı mühüm hesab edilən maddələr üzrə rəy və təkliflər hazırlanmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası […]
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) maliyyə bazarlarında innovasiyaların inkişafını dəstəkləmək məqsədilə cari ildən xüsusi tənzimləmə rejimini tətbiq etməyə başlayıb. Bu mühüm təşəbbüs innovativ həllər təklif edən şirkətlərə yeni məhsul və xidmətləri real şəraitdə AMB-nın nəzarəti altında sınaqdan keçirmək imkanı verməklə yanaşı, həm də bu məhsulların maliyyə bazarlarına təhlükəsiz surətdə təqdim olunmasını təmin edir. Xüsusi tənzimləmə […]
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-21 noyabr 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların hüquqi məsələlər üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Kuala Lumpura səfəri baş tutmuşdur. Səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir: Bank Islam […]
25 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir. Görüşdə kredit sığorta məhsulları ilə əlaqədar müzakirələr aparılmışdır. Əlavə edək ki, 08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağında “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə […]