Xəbərlər

Müddət

“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

22 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun “Zoom proqramı” üzərindən növbəti onlayn iclası keçirilmişdir. İclasda bəzi layihələrdəki tədbirlərlə əlaqədar qanunvericilikdəki maneələrin aradan qaldırılması istiqamətində üzvlərdən toplanılmış təkliflərin, əmlakın qiymətləndirilməsi ilə bağlı və digər cari məsələlərin müzakirəsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları […]

Kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb – Foto

Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb. Təlimin açılış mərasimində çıxış edən Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva bildirib ki, ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası qaydasında kommersiya məhkəmələri […]

Bakıda BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu” keçirilib – Foto

Bu gün, 18 oktyabr 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyaları tərəfindən BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “Yaşıl maliyyə və dayanıqlılıq forumu” keçirildi. Hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti kimi vacib tərəfdaşların bir araya gəldiyi bu forumda iqlim dəyişikliyi ilə mübarizə və davamlı iqtisadi artımı təşviq etmək üçün […]

ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb

08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda müzakirə edilən digər məsələrlə yanaşı ABA-nın nəzdində “Pərakəndə bankçılıq” üzrə alt Ekspert Qrupunun və “Kredit Həyat Sığortası” işçi qrupları birləşdirilərək yeni “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”nun və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun yaradılması […]

MÜDDƏT