Xəbərlər

Müddət

“Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları ilə görüş keçirilib – Foto

30 sentyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçirdiyi “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının icrası məqsədilə cari ildə ali məktəblərə qəbul olmuş Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları ilə görüş keçirilib. Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları […]

ƏL/TMM sisteminin aktual məsələləri barədə təlim keçirilib – Foto

26 sentyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası Maliyyə Monitorinqi Xidməti ilə birgə təlim təşkil edib. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (ƏL/TMM) sisteminin aktual problemlərinə həsr edilmiş təlimdə ilk dəfə olaraq hüquq mühafizə, nəzarət orqanları, eləcə də öhdəlik daşıyan şəxslər – notariuslar və maliyyə institutları – bir araya […]

Mərkəzi Bankda ABA-ya üzv olan bankların nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov Azərbaycan Banklar Assosiasiyasına üzv olan bankların nümayəndələri ilə görüşüb. Görüş zamanı Mərkəzi Bank tərəfindən innovativ maliyyə texnologiyalarının tətbiqi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs olunub. Bu istiqamətdə icra olunan layihələrə banklar tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsinin və layihələrin idarə edilməsinin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Görüşdə həmçinin […]

İstanbul şəhərində keçirilən İslam Bankçılığı Təlimi başa çatmışdır – Foto

Azərbaycan Respublikasında islam bankçılığı kimi alternativ maliyyələşdirmə alətlərinin tətbiqi imkanları, perspektivləri öyrənilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2024-2026-ci il “Maliyyə sektorunun inkişaf strategiyasında” yer alan alternativ (islam bankçılığı, rəqəmsal kreditləşmə və s.) maliyyələşdirmə alətlərinin tətbiqi imkanlarının araşdırılması strateji təşəbbüsündən irəli gələn fəaliyyətlər, İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin […]

ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilib – Foto

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə altqrupunun fəaliyyəti çərçivəsində “ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib. “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə Azərbaycan Banklar Assosiasiyasını (ABA) “ESİ və […]

MÜDDƏT