Xəbərlər

Müddət

Azərbaycan Kredit Bürosunun fəaliyyətinin təkmilləşdirilməsi üzrə rəy və təkliflər müzakirə edilib

15 mart 2023-cü il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı Azərbaycan Kredit Bürosunun (AKB) fəaliyyətinin təkmilləşdirilməsi üzrə bankların rəy və təklifləri müzakirə edilmişdir. Müzakirələrdə AKB-nin direktoru Elçin Həbibov və qurumun digər nümayəndələri də iştirak etmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası […]

Bakıda FINTEX SAMMİT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbiri keçiriləcək

VISA ilə əməkdaşlıq çərçivəsində keçiriləcək FINTEX SAMMIT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin baş tutacağı tarixi elan etməkdən məmnunluq duyuruq. Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 13-14 iyun 2023-ci il tarixlərində Bakıda keçiriləcəkdir. FINTEX 2019, FINTEX 2021 onlayn və FINTEX 2022 tədbirini xatırlayaq: FINTEX SUMMIT 2022 – FINANCE […]

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

15 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. Görüşdə Ekspert Qrupunun bankların rəhbər şəxslərindən ibarət olan üzvləri iştirak edib. İclasda “Azərbaycan Respublikası İcra Məcəlləsi”nin layihəsinə, habelə bundan irəli gələn digər qanun, fərman layihələrinə edilmiş təkliflərin müzakirəsi aparılmış, təkliflərə münasibət bildirilmişdir. Qeyd edək ki, […]

“Komplayns Ekspert Qrupu”nun növbəti iclası keçirilib

14 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun növbəti fiziki görüşü baş tutub. Görüş zamanı cari ildə ÇPY/TMM sahəsində yeni redaksiya ilə qəbul edilən Qanunun və təsdiq edilən yeni qaydaların müzakirəsi aparılmışdır. Əlavə olaraq görüşdə həmin tələblər üzrə yaxın gələcəkdə atılacaq addımların müzakirəsi edilmişdir. Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya […]

ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun onlayn görüşü keçirilmişdir

17 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” nümayəndələri ilə Azərbaycan Respublikası Mərkəzi Bankının aidiyyəti struktur bölməsi arasında Ani Ödənişlər Sistemində baş verə biləcək fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizə tədbirləri mövzusunda onlayn görüş keçirilmişdir. Görüş zamanı Ani Ödənişlər Sisteminin texniki imkanlarına, fırıldaqçılıq əməliyyatlarının qarşısının […]

MÜDDƏT