Xəbərlər

Müddət

Azərbaycan Banklar Assosiasiyası ilə Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb

15 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyasının Baş direktoru Camal Saleh və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıb. Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, ümumilikdə bank sektorları arasında daha sıx işgüzar əlaqələrin qurulması, birgə təhsil və təlim […]

Ani Ödənişlər Sistemində fiziki şəxslərə təqdim edilən funksional imkanların təkmilləşdirilməsi məsələləri müzakirə olunub

16 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun bir sıra mütəxəssisləri arasında keçirilən görüşdə Ani Ödənişlər Sistemində fiziki şəxslər arasında bank hesabları vasitəsilə pul vəsaitlərinin köçürülməsi üzrə mövcud funksional imkanlar və onların təkmilləşdirilməsi istiqamətləri müzakirə edilmişdir. Qeyd edilməlidir […]

Azərbaycan Banklar Assosiasiyasının bəyanatı

13 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilmişdir. İclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında çoxsaylı insan tələfatına və dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılmasına ABA üzvləri tərəfindən əlavə dəstək göstərilməsi növbəti dəfə müzakirə edilmişdir. Müzakirələr zamanı, ABA üzvləri tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda […]

Azərbaycan Standartlaşdırma İnstitutu və Bank Tədris Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb

27 yanvar 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Bank Tədris Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi AZSTAND-ın Baş direktoru İlham Bayramov və mərkəzin rəhbəri Əzizağa Haxverdiyev imzalayıb. Memorandum çərçivəsində tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, beynəlxalq standartlar əsasında müxtəlif […]

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun iclası baş tutub

9 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun cari ildəki ilk iclası baş tutub. “PAŞA Bank” ASC-nin baş ofisində keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu Hökumət Ödəniş Portalında təqdim edilən xidmətlər və mövcud tarif siyasəti, ödəniş kartları ilə ölkə daxilində aparılan “card to […]

MÜDDƏT