17 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində “Bilgi Güvenliği” adlı təlim keçirilmişdir. Təlim “İnformasiya texnologiyaları və informasiya texnologiyaları təhlükəsizliyi”, həmçinin “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə istiqamətində “Bilgi Güvenliği” istiqamətlərini əhatə edib. Təlimçilər sırasında isə təhlükəsizlik mühəndisi, məsləhətçi (Danışman güvenlik mühendisi) Melis Bostancı […]
10 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun sədri Vüsal Şahverdiyev İstanbulda Türkiyə Banklar Birliyi və Beynəlxalq Maliyyə İnstitutunun (IIF) birgə əməkdaşlığı çərçivəsində təşkil edilən Türkiyə Dayanıqlı Maliyyə Forumunda çıxış etmişdir. Ekspert Qrupunun sədri Forumun “Təmiz enerjiyə keçidin sürətləndirilməsi” panelində Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə əlaqədar prioritetləri, […]
15-16 may 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “FİNTEX SAMMİT 2024” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda […]
15 may 2024-cü il tarixində vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun növbəti iclası baş tutmuşdur. İclasda bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakıt ve Kıymetlı Mal Tasıma ve Güvenlik Hızmetlerı A.Ş” (Bantaş) nümayəndələri, İşçi Qrupunda təmsil olunan bankların rəhbər şəxsləri və nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri, həmçinin Mərkəzi Bankın […]
14 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu” və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rəhbər şəxsləri arasında onlayn görüş keçirilmişdir. Görüşdə təhsil proqramlarının yenilənməsi və monitorinqi ilə əlaqədar məsələlər müzakirə edilmişdir. Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın […]