25 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş “Banklarda korporativ idarəetmə Standartları”na dəyişikliklərə ABA tərəfindən hazırlanmış rəy və təkliflər, həmçinin digər cari məsələlər müzakirə olunub. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən […]
21 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu” arasında onlayn görüş keçirilib. Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) cari ilin 11 iyun – 10 sentyabr tarixlərində kapital bazarının təşviq edilməsi, qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin genişləndirilməsi, eləcə də daha çox investor kütləsinin prosesə […]
Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Qazaxıstan Banklar Assosiasiyasının dəstəyi ilə 13-14 iyun 2024-cü il tarixlərində ABA-nın “Komplayens üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki rəhbər şəxslərinin Qazaxıstan Respublikasının Almatı şəhərinə səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar Qazaxıstanın aparıcı banklarının aşağıdakı mövzular üzrə təcrübəsi ilə tanış olmuşlar: 1) […]
20 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və “ABB” ASC-nin dəstəyi ilə ESG (Ətraf mühit, sosial və idarəetmə) risk idarəetməsinə dair “Dayanıqlı Maliyyə təlimi” keçirilib. Təlim ARMB tərəfindən qəbul edilən və icrası davam etməkdə olan “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026”nın realizasiyası çərçivəsində dayanıqlı maliyyə və ESG […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev “Kaspi” qəzetinə müsahibə verib. Müsahibədə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar barəsində Qorxmaz Ağayevin fikri yer alıb. Xatırladaq ki, istehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq Azərbaycan […]