Xəbərlər

Müddət

“Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun növbəti iclası keçirilib

2 iyul 2024-cü il tarixində Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun nun üzvləri arasında onlayn görüş keçirilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) birgə istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin […]

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi və ABA -ya üzv bankların da iştirakı ilə vebinar keçirilmişdir

1 iyul 2024 -cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi və ABA -ya üzv bankların da iştirakı ilə EY ekspertləri ilə birgə vebinar keçirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” qəbul edilmiş və icrası hazırda davam etdirilməkdədir.  Yol xəritəsinin birinci strateji prioriteti üzrə “ 1.4. Maliyyə […]

Zakir Nuriyev Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” tədbirində çıxış edib – Foto

28 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Şuşa şəhərində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutan “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirin “İşğaldan azad edilmiş ərazilərdə güzəşt və azadolmalar, dəstək tədbirləri” panelində çıxış edib. ABA prezidentinin sözlərinə əsasən hazırda işğaldan azad edilmiş ərazilərdə dörd bank filialı fəaliyyət göstərir […]

“Polşa və Azərbaycan İnnovativ Maliyyə” adlı vebinar keçirilib

27 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Fintex Assosiasiyasının (AzFina), Fintex Polşa şirkətinin və Polşa Respublikasının Bakıdakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Polşa və Azərbaycan İnnovativ Maliyyə” adlı vebinar keçirilib. Polşa səfirliyinin siyasi və iqtisadi sektorunun birinci müşaviri Bartoş Musialoviçin açılış nitqi ilə başlayan vebinar, daha sonra Azərbaycan Fintex Assosiasiyasının İdarə […]

ABA və AFBİA arasında onlayn görüş keçirilmişdir

27 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) arasında onlayn görüş keçirilmişdir. Görüş Bakı Fond Birjası ilə kapital bazarında əməliyyatlarla bağlı olmuşdur. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə […]

MÜDDƏT