6 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə” Ekspert Qrupunun “Zoom” platforması üzərindən növbəti onlayn iclası baş tutub. İclasda “Banklarda korporativ idarəetmə Standartları”ndan irəli gələrək Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli illik hesabatın formatı müzakirə edilmişdir. Hesabata daxil edilən məsələlərlə bağlı ekspertlərin rəyləri alınmış və yekun format razılaşdırılmışdır. […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun mütəxəssisi Rauf Məlikov ARB TV-də yayımlanan “Günə doğru” verilişinə müsahibə verib. O, “Bank işçiləri əmanətə xəyanət edir” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (02:32 dəq. başlayaraq) baxa bilərsiniz.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti Qorxmaz Ağayev AzTV-də yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində qonaq olub. O, “Vəfat edən şəxsin bank hesabı elektron qaydada təqdim olunacaq” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (06:00 dəq. başlayaraq) baxa bilərsiniz.
29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2023” adlı tədbiri də baş tutmuşdur. ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib. Mükafatlandırma mərasimində […]
Qeyd edək ki, 29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti üzvlərinin Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda, ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG & Sustainable banking Expert Group) yaradılmışdır və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılmışdır. Eyni zamanda, “Kredit işi Ekspert Qrupu”nun daxilində fəaliyyəti nəzərdə tutulan alt […]