Xəbərlər

Müddət

ABA-nın təşkilatçılığı ilə müasir GRC proqram təminatları və trendlər mövzusunda vebinar keçirilmişdir

12 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan tədbirdə GRC sahəsində rəqəmsal transformasiya, müasir tendensiyalar və perspektivlərə dair mövzular təqdim olunub. Eyni zamanda bu sahədə milli məhsul olan REİS GRC proqram təminatının imkanları iştirakçılara nümayiş edilib. Beynəlxalq standart və yaxşı təcrübələr əsasında hazırlanan REİS GRC proqram təminatı bankların idarəçilik, risk, […]

“Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

11 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir. Onlayn iclasın gündəliyinə 2023-cü il üzrə üzv bankların nəticələri (əsasən Trade Finance aid olan nəticələr) barədə məlumatlandırma; ticarətin və layihələrin maliyyələşdirilməsi sahəsində gündəlik problem və məsələlərin müzakirəsi; ticarətin və layihələrin maliyyələşdirilməsi sahəsində […]

ABA-nın təşkilatçılığı ilə Ekspert Qrupu üzvlərinin Türkiyəyə rəsmi səfəri baş tutub – Foto

28 fevral-01 mart 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA), Türkiyə Banklar Birliyi (TBB) və “PricewaterhouseCoopers” şirkətinin Türkiyə ofisinin birgə təşkilatçılığı ilə ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” üzvlərinin Türkiyə Respublikasına rəsmi səfəri baş tutub. 3 günlük səfər çərçivəsində Türkiyə Respublikasının “Bankaçılıq Düzenleme ve Denetleme Kurumu”, Türkiyə Mərkəzi Bankı, Banklararası […]

“Kiberrisklərin sığortası, direktorların və rəhbər şəxslərin təhlükəsizliyi” mövzusunda seminar keçirilmişdir – Foto

05 mart 2024-cü il tarixində “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA), Böyük Britaniya Ticarət Palatasının (BCCA) dəstəyi və “Xəmsə” Sığorta və Təkrarsığorta Brokeri MMC-nin təşkilatçılığı ilə “Sərhədlərin təhlükəsizliyi” çərçivəsində “Kiberrisklərin sığortası, direktorların və rəhbər şəxslərin təhlükəsizliyi” mövzusunda seminar keçirilmişdir. Seminar müasir rəqəmsal dünyada kiberrisklərin və korporativ məsuliyyətin sığorta təminatının aktual problemlərinə həsr olunmuşdu. Seminara spiker qismində dəvət […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

6 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə” Ekspert Qrupunun “Zoom” platforması üzərindən növbəti onlayn iclası baş tutub. İclasda “Banklarda korporativ idarəetmə Standartları”ndan irəli gələrək Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli illik hesabatın formatı müzakirə edilmişdir. Hesabata daxil edilən məsələlərlə bağlı ekspertlərin rəyləri alınmış və yekun format razılaşdırılmışdır. […]

MÜDDƏT