1 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertləri ilə Türkiyənin “Garanti BBVA” bankının nümayəndələri arasında görüş baş tutub. Görüş zamanı ABA-nın nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvləri, “Garanti BBVA”-nın nümayəndələri – Cihan Arslan və Murat Cengiz iştirak etmişdir. Görüşdə IPS sistemləri (Intrusion Prevention System) haqqında təcrübə mübadiləsi aparılmışdır. […]
31 yanvar 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı ABA, IFC və AMFA arasındakı əməkdaşlığın strateji prioritetləri müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların […]
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiyə Katılım Banklar Birliyinin (TKBB) dəstəyi ilə 24-26 yanvar 2024-cü il tarixlərində ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə bankları ilə təcrübə mübadiləsi baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır: Türkiyədə İslam Bankçılığı: inkişafı, problemləri, həll yolları, vəziyyətin qiymətləndirilməsi, TKKB-nin strukturu və sektor üzrə statistikalar; […]
25 yanvar 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı Kapital Bank-ın dəstəyi ilə risk mütəxəssisləri üçün “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirilib. Seminarın təşkil olunmasında məqsəd ölkəmizdə risk sahəsində çalışan mütəxəssislər arasında şəbəkələşməni artırmaq, təcrübə mübadiləsini həyata keçirmək və risk sahəsində beynəlxlaq təcrübə ilə tanış olmaq idi. 50-dən çox iştirakçının qoşulduğu seminarda beynəlxalq […]
23 yanvar 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Arxiv işi üzrə” İşçi Qrupunun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilmişdir. İclasda İşçi Qrup tərəfindən 2024-cü ildə görüləcək işlər, ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği, rəqəmsallaşma ilə bağlı yeniliklər və digər cari məsələlər müzakirə edilmişdir. Qeyd edək […]