Xəbərlər

Müddət

“Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib – Foto

03 aprel 2024-cü il tarixində Mərkəzi Bank və EY şirkətinin tərəfdaşlığı, ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə “Azərbaycanda dayanıqlı maliyyə” mövzusunda tədbir keçirilib. Dövlət və özəl sektorun, səfirlik və beynəlxalq qurumların 100-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın dayanıqlılıq təşəbbüsləri, hədəfləri və sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı prioritetləri […]

ABA-nın prezidenti Zakir Nuriyev Real TV-yə müsahibə verib

‌Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Real TV-də yayımlanan “Real İslahat” verilişinə müsahibə verib. ABA prezidenti müsahibəsi çərçivəsində bank sektorunun ümumi vəziyyəti, sektorda həyata keçirilən islahatlar, ABA tərəfindən reallaşdırılan beynəlxalq tədbirlər və gələcək işlər və s. ətrafında danışıb. Həmin müsahibənin tam versiyasına aşağıdakı videodan baxa bilərsiniz.

ABA-nın Ekspert Qrupunun sədri “Sabaha saxlamayaq” verilişində qonaq olub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olub. Ekspert Qrupunun sədri verilişdə “İpoteka kreditləri: şərtlər dəyişə bilərmi?” mövzusu ətrafında fikir bildirib. Onun verilişdəki çıxışını təqdim edirik.

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru III “Aqrobiznesin İnkişafı Forumu”nda çıxış etmişdir – Foto

29 mart 2024-cü il tarixində Quba şəhərində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə III “Aqrobiznesin İnkişafı Forumu” keçirilmişdir. Forumda Azərbaycan Banklar Assosiasiyasının (ABA) Baş iqtisadçısı, eyni zamanda Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Əzizağa Haxverdiyev “Bankların öz vəsaiti hesabına kreditləşmə potensialı” mövzusunda […]

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

29 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun ödəniş kartları bazarında qarşılıqlı münasibətlərin tənzimlənməsi və rəqabət mühitinin daha da möhkəmləndirilməsinə həsr edilmiş növbəti görüşü keçirilmişdir. Ekspert Qrupu tərəfindən ödəniş kartları bazarında bərabər rəqabət mühitinin təmin olunması, interçeync xidmət haqları üzrə effektiv tarif siyasətinin […]

MÜDDƏT