Xəbərlər

Müddət

ABA-nın eksperti Qorxmaz Ağayev AzTV-yə müsahibə verib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti Qorxmaz Ağayev AzTV-də yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində qonaq olub. O, “Vəfat edən şəxsin bank hesabı elektron qaydada təqdim olunacaq” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (06:00 dəq. başlayaraq) baxa bilərsiniz.

“Bankçılıq Mükafatları- 2023” tədbiri keçirilib

29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2023” adlı tədbiri də baş tutmuşdur. ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib. Mükafatlandırma mərasimində […]

ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb

Qeyd edək ki, 29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti üzvlərinin Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda, ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG & Sustainable banking Expert Group) yaradılmışdır və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılmışdır. Eyni zamanda, “Kredit işi Ekspert Qrupu”nun daxilində fəaliyyəti nəzərdə tutulan alt […]

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir – Foto

29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın gündəliyinə ABA-nın və törəmə qurumların 2023-cü il üzrə fəaliyyətinin, Audit Komitəsinin hesabatının, 2024-cü il üzrə iş planının, ABA-nın Audit Komitəsi üzvlərinin və sədrinin təsdiqi daxil olmuşdur. Bundan başqa, iclas zamanı ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG […]

Mərkəzi Bank, ABA və ADRA rəhbərliyi arasında görüş keçirilmişdir – Foto

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri Aydın İbadov və Mərkəzi Bankın (AMB) baş direktoru Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin ADRA-da təşkil edilən görüşündə bankların açıq məkandakı reklamları ilə bağlı məsələlər müzakirə edilib, dövlət qurumu ilə özəl sektorun qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən danışılıb. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin də iştirak etdiyi […]

MÜDDƏT