Xəbərlər

Müddət

ABA-nın eksperti Rauf Məlikovun ARB TV-də müsahibəsi yayımlanıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun mütəxəssisi Rauf Məlikov ARB TV-də yayımlanan “Günə doğru” verilişinə müsahibə verib. O, “Bank işçiləri əmanətə xəyanət edir” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (02:32 dəq. başlayaraq) baxa bilərsiniz.

ABA-nın eksperti Qorxmaz Ağayev AzTV-yə müsahibə verib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti Qorxmaz Ağayev AzTV-də yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində qonaq olub. O, “Vəfat edən şəxsin bank hesabı elektron qaydada təqdim olunacaq” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (06:00 dəq. başlayaraq) baxa bilərsiniz.

“Bankçılıq Mükafatları- 2023” tədbiri keçirilib

29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2023” adlı tədbiri də baş tutmuşdur. ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib. Mükafatlandırma mərasimində […]

ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb

Qeyd edək ki, 29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti üzvlərinin Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda, ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG & Sustainable banking Expert Group) yaradılmışdır və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılmışdır. Eyni zamanda, “Kredit işi Ekspert Qrupu”nun daxilində fəaliyyəti nəzərdə tutulan alt […]

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir – Foto

29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın gündəliyinə ABA-nın və törəmə qurumların 2023-cü il üzrə fəaliyyətinin, Audit Komitəsinin hesabatının, 2024-cü il üzrə iş planının, ABA-nın Audit Komitəsi üzvlərinin və sədrinin təsdiqi daxil olmuşdur. Bundan başqa, iclas zamanı ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG […]

MÜDDƏT