ABA-nın İcraçı direktoru Dünya Bankının nümayəndəsi ilə görüşüb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcra Aparatının rəhbərliyi ilə Dünya Bankının nümayəndəsi arasında görüş keçirilib. ABA-nın mənzil-qərargahında baş tutan görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov və İcra Aparatının baş iqtisadçısı Bəhruz Əhmədov, Dünya Bankından maliyyə və bazarlar üzrə məsləhətçi Michael J.Fuchs iştirak ediblər.

Qeyd edək ki, görüşdə Azərbaycanda bank sektorunun və maliyyə bazarlarının cari vəziyyəti, sektorda müşahidə olunan ümumi meyillər, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

MÜDDƏT