ABA-nın İcraçı direktoru və Qrup rəhbəri Dünya Bankının missiyası ilə görüşüb

23 iyun 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov və ABA-nın “Kredit işi və Risk üzrə” Ekspert Qrupunun sədri Tariyel İsmailov Dünya Bankının “2-ci Maliyyə Sektorunun Modernizasiyası Layihəsi” üzrə Missiyasının qəbul edib.

Missiyanın üzvləri Dünya Bankının Problemli Kreditlərin həlli üzrə Eksperti Fernando Dankausa və “İnsolvency” üzrə məsləhətçi Qordon Conson problemli korporativ kreditlərin həlli mexanizmi ilə bağlı təkliflərini səsləndiriblər, bununla bağlı xüsusi platformanın strukturu nəzərdən keçirilib. Təklif olunan platforma belə kreditlərin əlaqədar tərəflər, borclan və kreditor bankların iştirakı ilə könüllü həllini nəzərdə tutur. Tərəflər təkliflər ətrafında fikir mübadiləsi apardıqdan sonra bu məsələnin bütün əlaqədar tərəflər, eləcə də “Kredit işi və Risk üzrə” Ekspert Qrupu ilə birlikdə müzakirəyə çıxarılmasına qərar verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT