Banklar Assosiasiyasının İcraçı Direktorluğu illik hesabatını təqdim edib

3 fevral 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. İclas ABA-nın sədri Zakir Nuriyevin nitqi ilə başlamışdır. Z. Nuriyev öz çıxışı zamanı hazırda bank sektorunun qarşısında olan əsas problemlər və 2017-ci ildə görülməli olan işlər haqqında fikirlərini bildirmişdir.

Yığıncaqda ABA və onun törəmə təşkilatlarının 2016-ci ildə gördüyü işlərlə bağlı hesabat dinlənilmişdir. Hesabatda ABA-nın Ekspert Qruplarının fəaliyyəti, təşkil edilmiş görüşlər və iclaslar, bank sektorunun vəziyyətinin yaxşılaşdırılması üçün aidiyyatı qurumlara edilən müraciətlər və müzakirələr, Assosiasiyanın 2016-cı il üzrə İş Planında olan digər məsələlər haqqında geniş məlumat verilmişdir. Hesabat ABA-nın İcraçı Direktoru Yunus Abdulov tərəfindən bank rəhbərlərinə təqdim olunmuşdur.

Bundan əlavə, ABA-nın maliyyə göstəriciləri ilə əlaqədar audit hesabatı üzvlərin diqqətinə çatdırılmışdır.

Həmçinin 2017-ci ildə görüləcək işlər müzakirə edilmiş, ABA və onun törəmə təşkilatlarının büdcəsi təsdiq olunmuşdur. Bununla bərabər iclasda ABA-nın Rəyasət Heyətinə iki yeni üzv və vitse-prezident seçilmişdir.

İclasda müzakirə olunan digər bir məsələ isə Bank Ombudsmanı ilə əlaqədar olmuş, Ombudsmanın Əsəsnaməsi təsdiq edilmişdir.

MÜDDƏT