Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun iclası

ABA-nın nəzdində fəaliyyət göstərən Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun 2-ci iclası keçirilib. Qrupun rəhbəri, PAŞABank ASC-nin Komplayns Departamentinin direktoru Anar Kərimov iclası giriş sözü ilə açaraq Qrupun 2016-cı il üzrə İş Planına uyğun görülməli işlərin prioritet qaydada sıralanması məsələsini müzakirə edib və may ayında Qrupun keçirəcəyi Konfransın gündəliyi barədə üzvlərə məlumat verib.

Qərara alınıb ki, 19 may tarixində keçirilən konfransda müzakirə mövzuları aşağıdakı kimi olsun:

    • Yerli qanunvericiliyin tələblərində yeniliklər
    • 4-cü AB Direktivinin beynəlxalq banklar və onların komplayens tədbirlərinə  ekstraterritorial təsiri
    • GATCA – Bu sazişə qoşulmayan ölkələrə təsiri nədir
    • Digər
    • Panel diskussiyaları

MÜDDƏT