“Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı KONFRANS keçiriləcək

5 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçiriləcəkdir. Tədbir ölkədə kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının təkmilləşdirilməsi üzrə səylərin tərkib hissəsidir.

Bu sahədə islahatlar fiziki şəxlərə və şirkətlərə dövriyyədə olan mallar və avadanlıq kimi daşınar əmlaklara kreditin etibarlı təminatı kimi baxmağa imkan verəcəkdir. Bank kreditlərinin təminatı olaraq daşınmaz əmlak kimi əsas vəsaitlərin tələb olunduğu və kiçik və orta sahibkarların böyük həcminin daşınmaz əmlaka malik olmadığı ölkədə bu, irəliyə doğru mühüm addımdır.

Daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması və bu sahədə qanunun qəbul edilməsi islahatın vacib amilləri olmaqla KOSların maliyyə resurslarına asan çıxışını təmin edir. İslahat həmçinin enerji daşıyıcılarinin qiymətinin aşağı olduğu bir dövrdə Azərbaycanın qeyri-neft sektorununun inkişafına ciddi təkan verəcəkdir.

IFC Azərbaycan-Orta Asiya Naliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsi Dünya Bankı Qrupu çərçivəsində Azərbaycan Mərkəzi Bankına və Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) daşınar əmlakın yüklülüyü sahəsində qanunun hazırlanmasında dəstək göstərmişdir. Qanun layihəsi hökümət tərəfindən nəzərdən keçirilmiş və Milli Məclisə təqdim edilmişdir.

Tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İsveçrənin Azərbaycan Respublikasında Səfirliyinin və İsveçrə Əməkdaşlıq Təşkilatının (SCO) Cənubi Qafqaz üzrə regional ofisinin nümayəndələri iştirak edəcəkdirlər. Onlar qanun layihəsinin əsas prinsipləri və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması üzrə qarşıda duran addımlar barədə fikir mübadiləsi aparacaqlar.

Konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmənin tətbiqi sahəsində mövcud vəziyyət barədə IFC tərəfindən keçirilmiş sorğunun nəticələri təqdim olunacaqdır. Sorğunun məqsədi MBNP tərəfindən istiqamətlənən daşınar əmlakın yüklülüyü islahatının qiymətləndirilməsi üçün ilkin rəqəmlərin müəyyən edilməsi olmuşdur.

IFC Azərbaycan-Orta Asiya Naliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsi İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilir.

MÜDDƏT