İFC-nin fərdi borclanma ilə əlaqədar sorğusunun nəticələri ABA-nın Eskpert Qrupuna təqdim olunub

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) təşəbbüsü ilə “Azərbaycanda Ev Təsərrüfatlarının Borcluluğu ilə bağlı ikinci Sorğu” təşkil edilmişdir.

Bu sorğunun nəticələrinin açıqlanması üçün Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. İclasda Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və risk üzrə Ekspert Qrupu”nun üzvləri də iştirak edib.

Tədbirdə BMK-dan Roy Pratt, Kollin Mascenik və Yevhen Hrebeniuk kimi beynəlxalq ekspertlər iştirak etmişlər.

Çıxışı zamanı Roy Pratt 4000 respondentin iştirak etdiyi sorğunun nəticələrinin çox maraqlı olduğunu bildirmişdir. Onun sözlərinə görə, Bakı və redionlar arasındakı nəticələr əhəmiyyətli dərəcədə fərqlənir.

MÜDDƏT