Ödəniş sistemləri qrupunun növbəti iclası keçirilib

4 may 2017-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib.

İclasda ABA-nın Ekspert Qrupunun üzvlərindən əlavə bankların ödəniş sistemləri məsul şəxsləri,  Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri iştirak ediblər.

Gündəlikdə olan əsas məsələ debet kartları üzrə interçeync haqlarının unifikasiyası ilə əlaqdar olub və bu məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin iclasda vergi qanunverciliyində baş vermiş dəyişiklik əsasında xarici rezidentlər tərəfindən təqdim edilən iş və xidmətlərə ƏDV-nin tətbiqi ilə əlaqədar ABA tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş MCC kodlarilə bağlı məsələyə də baxılıb. Bu kodların dəyişkən olması ilə əlaqədar hazırda Ekspert Qrupu tərəfindən  təqdim edilmiş siyahıya yenidən baxılması nəzərdən keçirilir.

Eyni zamanda iclasda Ekspert Qrupunun qarşısına qoyduğu məqsədləri reallaşdırmaqla əlaqədar Tədbirlər Planı müzakirəsi də həyata keçirilib.

MÜDDƏT