27 oktyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.
İclas çərçivəsində banklardan IFRS 9 – “Maliyyə alətləri” standartı ilə bağlı toplanılmış rəy və təkliflər müzakirə olunub.
Müzakirələr zamanı bankların təqdim etdiyi yanaşma və təkliflər nəzərdən keçirilib, IFRS 9-un tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
